12:39 08-06-2021
news_image
162
FUTBOL

Beniteslə anlaşdı – “Fənərbaxça”

“Fənərbaxça”nın yeni baş məşqçisinin adına böyük ölçüdə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu Rafael Beniteslə anlaşıb.

İspaniyalı mütəxəssislə “sarı-lacivərdlilər”in prezidenti Ali Koç danışıq aparıb və onun razılığını alıb. Tərəflər 2+1 illik müqavilənin imzalanmasında ortaq məxrəcə gəlib. Keçidin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, “Fənərbaxça”ya ötən mövsümün sonlarında Əmrə Belözoğlu rəhbərlik edib. Rafael Benitesin son klubu ilə Çin təmsilçisi “Dalian” olub.