13:09 08-06-2021
news_image

Avropada üçüncü - Azərbaycan

Kişi boksçulardan ibarət Azərbaycan millisi Avropa Olimpiya Təsnifat Turnirində qazanılan lisenziya sayında 3-cü olub.

Apasport.az saytının məlumatına görə, ötən il Böyük Britaniyanın paytaxtı Londonda başlayan, koronavirus pandemiyası üzündən dayandırılaraq bu il Fransanın paytaxtı Parisdə davam etdirilən yarışda ümumilikdə kişilərin 8 çəki dərəcəsində 50 vəsiqə sahibini tapıb.

5 vəsiqə qazanan yığmamız yalnız Böyük Britaniya və Rusiya Olimpiya Komitəsindən geri qalıb. Bu iki ölkə 7 lisenziya qazanıb.

Ümumilikdə isə turnirdə 18 ölkə Tokio-2020-yə vəsiqə əldə edib.

Dünya Olimpiya Təsnifat Turniri isə ləğv olunduğundan 32 lisenziya reytinqə əsasən veriləcək. 

Qeyd edək ki, Azərbaycan millisinin heyətində Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) Olimpiadada iştirak hüququ qazanıb. 

1-2. Böyük Britaniya – 7
Rusiya Olimpiya Komitəsi - 7
3. Azərbaycan – 5
4-5. İspaniya - 4
Fransa - 4
6-9. Belarus – 3
Gürcüstan – 3 
İrlandiya – 3
Ukrayna - 3
10-11. Almaniya - 2
Ermənistan – 2
12-18. Xorvatiya – 1
Macarıstan – 1
Niderland – 1
Polşa – 1
Rumıniya – 1
Slovakiya – 1
Türkiyə - 1