00:00 09-06-2021
news_image
92
FUTBOL

“Top-5” liqada mövsümün ən yaxşı futbolçuları – “30-luq”

Avropada geridə qalan 2020/21 mövsümünün ən yaxşı futbolçuları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, araşdırma əsasən “Top-5” liqalarda çıxış edən oyunçular arasında aparılıb.

30 futbolçunun yer aldığı siyahıya “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante başçılıq edir. “Qızıl top” mükafatına əsas namizəd sayılan fransalı futbolçu mövsümün ən yaxşısı seçilib. “Bavariya”nın qolçusu Robert Levandovski ikinci, “Real”ın hücumçusu Kərim Benzema isə üçüncü yeri tutub.

Uzun illər dünyanın ən yaxşıları hesab edilən futbolçulardan Lionel Messi 9-cu yerə layiq görülübsə, Kriştiano Ronaldo və Neymar ilk “10-luğ”a düşməyib.

1. Nqolo Kante (“Çelsi”)
2. Robert Levandovski (“Bavariya”)
3. Kərim Benzema (“Real”)
4. Kilian Mbappe (PSJ)
5. Ruben Diaş (“Mançester Siti”)
6. Erlinq Haland (“Borussiya”, Dortmund)
7. Riyad Mahrez (“Mançester Siti”)
8. Meyson Mount (“Çelsi”)
9. Lionel Messi (“Barselona”)
10. Markinyoş (PSJ)
11. Kevin De Bruyne (“Mançester Siti”)
12. Fil Foden (“Mançester Siti”)
13. Neymar (PSJ)
14. Kriştiano Ronaldo (“Yuventus”)
15. Joşua Kimmix (“Bavariya”)
16. Keylor Navas (PSJ)
17. Romelu Lukaku (“İnter”)
18. İlkay Gündoğan (“Mançester Siti”)
19. Luis Suares (“Atletiko”)
20. Xerard Moreno (“Vilyarreal”)
21. Luka Modriç (“Real”)
22. Bruno Fernandeş (“Mançester Yunayted”)
23. Burak Yilmaz (“Lill”)
24. Tomas Müller (“Bavariya”)
25. Tibo Kurtua (“Real”)
26. Joao Kanselo (“Mançester Siti”)
27. Əşrəf Hakimi (“İnter”)
28. Yan Oblak (“Atletiko”)
29. Harri Keyn (“Tottenhem”)
30. Xın-Min Son (“Tottenhem”)