13:48 08-06-2021
news_image
127
AVRO-2020

AVRO-2020-ni buraxacaq – niderlandlı yarımmüdafiəçi

Niderland millisi AVRO-2020 ərəfəsində itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, İngiltərə “Mançester Yunayted”inin yarımmüdafiəçisi Donni van de Bek qitə çempionatını buraxacaq.

Buna 24 yaşlı futbolçunun zədələnməsi səbəb olub. Van de Bek bu üzdən də AVRO-2020-nin heyətindən çıxarılıb. Baş məşqçi Frank de Bur onun əvəzinə heç bir oyunçunu çağırmamağa qərar verib.

Qeyd edək ki, Donni Premyer Liqanın başa çatan mövsümündə 19 oyun keçirib.