15:28 08-06-2021
news_image
203
FUTBOL

“Neftçi” ilə oynayası olmadı - Mahir Emreli

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni klubu “Legiya”nın “Neftçi” ilə yoxlama görüşü baş tutmayacaq.

Apasport.az xəbər verir ki, bu barədə Varşava təmsilçisi sosial şəbəkə vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Azərbaycan çempionu ilə iyunun 20-də sınaq matçının keçirilməsi nəzərdə tutulsa da, rəqib dəyişikliyi olub. Buna səbəb kimi hər iki komandanın Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəyə başlaması və rəqib olmaq ehtimalıdır. “Legiya” “Neftçi”nin əvəzinə həmin gün Avstriya təmsilçisi “Bişofşofen”lə qarşılaşacaq.

Qeyd edək ki, bu gündən yeni mövsümün təlim-məşq toplanışına start verən Mahir Emrelinin komandası iyunun 16-da hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq.