15:35 08-06-2021
news_image
145
FUTBOL

Mirabdulla Abbasov “Neftçi”də qaldı – 2 illik müqavilə

“Neftçi” daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb. 

Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı klubu yetirməsi Mirabdulla Abbasovla anlaşmanı yeniləyib.

Yeni müqaviləyə əsasən 26 yaşlı hücumçu daha 2 il ağ-qara formanı geyinəcək. Onun anlaşması 2023-cü il mayın 31-dək nəzərdə tutulub.

Abbasov “Neftçi”də keçirdiyi 7 mövsüm ərzində 95 oyunda meydana çıxıb. O, 20 qola imza atıb.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl Ömər Buludov, Fəhmin Murabəyli və Mamadu Mbodjla yeni müqavilə bağlayıb.