16:08 08-06-2021
news_image
158
FUTBOL

Daha bir yeni müqavilə - “Keşlə”də

“Keşlə”də daha bir futbolçunun durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Azər Salahlı ilə başa çatan müqavilə müddəti yenilənib.

Milli komandamızın üzvü bakılılarla sözləşməsini gələn ilin yayına qədər uzadıb.

Qəsəbə təmsilçisi həmçinin “Neftçi”dən icarəyə götürülən Rəhman Hacıyev və Turan Vəlizadənin də icarə müddətinin daha bir il uzadıldığını təsdiqləyib.