16:51 08-06-2021
news_image
228
FUTBOL

Ofsayd qaydalarını dəyişdi - İFAB

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) oyun qaydalarında növbəti dəyişiklik edib.

Apasport.az saytının məlumatına görə, futbol qaydalarına cavabdeh olan qurum oyundankənar vəziyyətlə bağlı düzəlişi zəruri sayıb.

Bundan sonra futbolçuların əlləri və qolları ofsayd vəziyyəti üçün nəzərə alınmayacaq. Bu qayda pozuntusunun təyin edilməsi üçün qolun yuxarı hissəsindən qoltuqaltının aşağı hissəsi əsas götürüləcək.

İFAB bunu belə izah edir ki, çiyin qolun bir hissəsi sayılmır. Bu üzdən çiyin bədənin bir parçasıdır və onunla qol da vurmaq olar. Buna görə də çiyin öndə olarsa, oyundankənar vəziyyət olur. Qolun çiyindən aşağı hissəsi isə ofsayd sayılmır.