17:56 08-06-2021
news_image
59
FUTBOL

Rahim Sterlinqi istəyir – “Barselona”

“Mançester Siti”nin hücumçusu Rahim Sterlinqin komandanı tərk etmək ehtimalı gündən-günə artır.

Apasport.az saytının məlumatına görə, İngiltərə millisinin üzvü daha bir nəhəng klubdan təklif alıb.

Ötən mövsümün sonuna doğru əsas heyətdəki yerini itirən 26 yaşlı ön xətt oyunçusu “Barselona”nın maraq dairəsinə düşüb. Bir neçə vingerlə danışıq aparan kataloniyalıların gündəmində olanlardan biri də məhz Sterlinqdir.

Qeyd edək ki, Rahim Sterlinq keçən mövsüm Premyer Liqada 31 oyun keçirib, 10 qol vurub, 7 məhsuldar ötürmə verib.