20:01 08-06-2021
news_image
320
FUTBOL

Baş məşqçi məsələsini həll etdi - "Sumqayıt"

"Sumqayıt"da baş məşqçi məsələsi həllini tapıb.

Apasport.az saytının əldə etdiyi məlumata görə, "kimyaçılar"ın hazırkı çalışdırıcısı Ayxan Abbasovun postunda qalacağı dəqiqləşib.

Mövsüm başa çatar-çatmaz yeni müqaviləyə razılıq verən Abbasovun maliyyə ilə bağlı klubda yaranmış qeyri-müəyyənlik səbəbindən ayrılması istisna edilmirdi. Lakin tərəflər arasında baş tutan görüşdə ortaq məxrəcə gəlinib və Ayxan Abbasovun növbəti mövsümü də "Sumqayıt"ın sükanı arxasında olacağı dəqiqləşib.

Bu, "gənclik şəhəri" təmsilçisində büdcə ilə bağlı problemlərin həllinə də bir işarədir. Futbolçularla bağlı məsələnin də yaxın günlərdə həlli gözlənilir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 3-cü yeri tutan "Sumqayıt" ölkəmizi yeni yaradılan Konfederasiya Kubokunda təmsil edəcək.