21:39 08-06-2021
news_image
863
FUTBOL

“Legiya” Mahir Emrelinin transferini açıqladı – FOTO

“Legiya” Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin keçidini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Varşava klubu sosial şəbəkə vasitəsilə transferi bəyan edib.

Son iki gündə tibbi müayinədən keçdikdən sonra bu gün Polşa çempionu “Qarabağ”ın sabiq forvardının təqdimat mərasimini təşkil edib. “Legiya” Emreli ilə 2024-cü ilin yayına qədər müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, Mahir Emreli ötən mövsüm Azərbaycan Premyer Liqasında 18 qola imza atıb.