22:30 08-06-2021
news_image
195
FUTBOL

Yeni meydança açıldı, Bəhram Bağırzadə hakim oldu - FOTOSSESİYA

Bu gün Bakının Yasamal rayonu ərazisində AFFA, rayon İcra Hakimiyyəti və Yasamal bələdiyyəsi tərəfindən birgə inşa olunmuş yeni süni örtüklü meydança sakinlərin istifadəsinə verilib.

Apasport.az saytının məlumatına görə, tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, vitse-prezident Vaqif Sadıqov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatı Elnur Allahverdiyev, tanınmış incəsənət xadimi Bəhram Bağırzadə və digər rəsmi şəxslər iştirak ediblər.

Açılışda iştirak edən uşaqlar və qonaqların iştirakı ilə futbol oyunu keçirilib. Qarşılaşmanın hakimi Bəhram Bağırzadə olub.

Qeyd edək ki, meydançanın uzunluğu 25, eni 12 metrdir. Süni ot örtüyü AFFA tərəfindən təqdim olunub.