09:03 09-06-2021
news_image
109
DİGƏR NÖVLƏR

Kiyevdə qızıl medal - olimpiyaçımızdan

Azərbaycan millisinin atleti Anna Skidan çempion tituluna yiyələnib.

Apasport.az saytının məlumatına görə, Tokio-2020-yə lisenziya qazanan idmançı qızıl medala açıq Kiyev çempionatında sahib olub.

Milliləşdirilmiş idmançı çəkicatma yarışında 73,50 m nəticə ilə bütün rəqiblərini qabaqlayıb.