09:51 09-06-2021
news_image
71
FUTBOL

İkinci yoluxma – İspaniya millisində

İspaniya millisinin daha bir futbolçusu koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, İngiltərə “Lids”inin mərkəz müdafiəçisi Dieqo Lorentenin testi müsbət nəticə verib.

O, pireneylilərin ikinci belə oyunçusudur. Daha öncə “Barselona”nın yarımmüdafiəçisi Serxio Busketsin də infeksiyaya yoluxduğu aşkarlanıb.

Qeyd edək ki, İspaniya millisi AVRO-2020-də ilk oyununu iyunun 14-də İsveçə qarşı keçirəcək.