09:55 09-06-2021
news_image
131
FUTBOL

“Bakıda dramatik bir yarış oldu” – Joze Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo “Formula-1” üzrə Azərbaycan Qran-prisi barədə danışıb.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis “Red Bull” pilotu Maks Ferstappen və “Mercedes” komandasının üzvü Luis Hamiltonun paytaxtımızda xalsız qalmasına instaqram səhifəsi vasitəsilə münasibət bildirib.

“Formula-1”in icraçı direktoru Stefano Domenikali ilə görüşən Mourinyo həvəslə izlədiyi yarışın Bakı trasında baş verənləri dramatik adlandırıb: “Bakıda dramatik bir yarış oldu və bundan sonra “Formula-1”dən bəzi cavablara və dərslərə ehtiyacım var. Buna görə də dostum Stefano Domenikali ilə Londondakı ofislərində görüşdüm”.

Qeyd edək ki, Azərbaycan Qran-prisinin qalibi “Red Bull” pilotu Serxio Peres olub.