15:16 09-06-2021
news_image

2 cüdoçumuzdan erkən vida - dünya çempionatında

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, yarışın dördüncü günündə daha iki dəst medal sahibini tapacaq.

Azərbaycan millisinin iki cüdoçusu tatami üzərinə çıxıb. Kişilərin 81 kq çəki dərəcəsində mübarizə aparan təmsilçilərimiz yarışı erkən başa vurublar.

Kişilər
81 kq

İki idmançımızdan biri I mərhələdən mübarizəyə start verib. Zelim Tskayev qabonlu Terens Kouamba ilə üz-üzə gəlib və ipponla qalib gəlib. Tskayev ikinci cəhdində Terense Kouambanı (Madaqaskar) da yarışdan kənarlaşdırıb. Lakin o, ardınca Şərofiddin Boltaboyevə (Özbəkistan) uduzub.   

İlk raunddan azad olan Murad Fətiyev isə Elliott Konnoli (Yeni Zelandiya) ilə görüşüb. O, cəmi 54 saniyəyə qələbə qazanıb. Təmsilçimiz 3-cü mərhələdə İvaylo İvanovla (Bolqarıstan) qarşılaşmadan məğlub ayrılıb və yarışı erkən başa vurub. 

Qeyd edək ki, çempionata 12 idmançı ilə qatılan millimizin 8 cüdoçusu çıxışını başa vurub. Onlardan Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb. Orxan Səfərovla (66 kq) Hidayət Heydərov (73 kq) isə 5-ci yeri tutub.