12:16 09-06-2021
news_image
304
FUTBOL

Daha iki müqaviləni rəsmiləşdirdi - "Qarabağ"

“Qarabağ” daha iki futbolçusu ilə bağlı qərarını açıqlayıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçilər Abbas Hüseynov və Rahil Məmmədovun komandada qalacağı dəqiqləşib.

Bir müddət əvvəl Ağdam təmsilçisi ilə razılığa gələn milli komandamızın oyunçuları yeni 2 illik müqaviləni rəsmiləşdiriblər. Bu isə o deməkdir ki, həm Abbas, həm də Rahil 2023-cü ilin yayına qədər “Qarabağ”a məxsus olacaq.

Qeyd edək ki, “Qarabağ” yay fasiləsində buna qədər Maksim Medvedev, Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Qara Qarayevin də sözləşməsini yeniləyib.