13:19 09-06-2021
news_image
116
AVRO-2020

Türkiyənin oyununa qadın referi təyinat aldı – AVRO-2020

AVRO-2020-nin ilk təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, iyunun 11-də keçiriləcək Türkiyə - İtaliya matçının hakimləri bəlli olub.

Qitə çempionatının açılış qarşılaşmasını Danni Makkeli (Niderland) idarə edəcək. Onun köməkçiləri həmyerliləri Hessel Stiqstra və Yan de Vri olacaq

Dördüncü hakim funksiyasını fransalı qadın yerinə yetirəcək. Bu, Stefani Frappardır. Görüşün beşinci hakimi kimi digər fransalı Mikael Berçebru təyinat alıb.

A qrupunun İtaliyanın paytaxtı Romada keçiriləcək görüşündə VAR hakimi Kevin Blom, köməkçiləri Pol van Bokel (hər ikisi Niderland), Kristian Qittelmann və Bastian Dankert (hər ikisi Almaniya) olacaq.

Matçı hakim-inspektor vəzifəsini Lutz-Mikael Frolix (Almaniya) yerinə yetirəcək. UEFA nümayəndəsi Anjelo Çetçuti (Malta) olacaq.

Qeyd edək ki, Türkiyə - İtaliya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.