13:33 09-06-2021
news_image
54
FUTBOL

Portuqaliyalının biri getdi, biri gəldi – Premyer Liqa klubunda

İngiltərənin “Vulverhempton” klubunun yeni baş məşqçisi bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Brunu Laje “canavarlar”ın yeni baş məşqçisi təyin edilib. 45 yaşlı portuqaliyalı yaxın müddətdə komandaya təqdim edilərək, fəaliyyətinə başlayacaq.

Lajenin son iş yeri “Benfika” olub. O, bu klubu 2020-ci ilin iyununda tərk edib.

Qeyd edək ki, “Vulverhempton”un əvvəlki baş məşqçisi digər portuqaliyalı Nuno Eşpirito Santo mayın 21-də postundan ayrılıb.