13:52 09-06-2021
news_image
132
FUTBOL

“Legiya”ya qoşulacağı tarix müəyyənləşdi – Mahir Emrelinin

“Legiya”nın yeni transferi Mahir Emrelinin kollektivə qoşulacağı vaxt müəyyənləşib.

Apasport.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, 24 yaşlı forvard hələ bir müddət fərdi məşqlərlə kifayətlənməli olacaq.

Dünən münasibətləri rəsmiləşdirən Azərbaycan millisinin üzvü bu həftə fərdi çalışacaq. Emreli yalnız gələn həftədən komandaya qoşulacaq və yeni mövsümün hazırlıqlarına başlayacaq.

Qeyd edək ki, Mahir Emreli “Legiya” ilə 3+1 illik müqavilə imzalayıb.