14:06 09-06-2021
news_image
205
AVRO-2020

“Türkiyə-Uels matçını Azərbaycanda izləyəcəyəm” – Ərdoğan

AVRO-2020-nin Türkiyə-Uels matçını Azərbaycanda izləyəcəyəm.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə-Uels matçını Azərbaycan Prezidenti İlham Əliyevlə birgə izləyəcək.

“Proqramımızı belə tərtib etdik”, - deyə Türkiyə dövlət başçısı qeyd edib.

Qeyd edək ki, futbol üzrə Türkiyə və Uels yığmalarının matçı iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək.