00:34 10-06-2021
news_image
76
AVRO-2020

Ən böyükhesablı, ən məhsuldar... – AVRO-2020

Avropa çempionatları tarixinin ən böyükhesablı nəticələri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, turnirin tarixində ən böyük darmadağına Almaniya imza atıb.

Bundestim 2006-cı ildə San-Marinonu 13 cavabsız qolla yenib. Final mərhələlərində isə ən böyük fərq 5 topa bərabər olub. Fransa Belçikanı, Danimarka Yuqoslaviyanı (hər ikisi 1984), İsveç Bolqarıstanı (2004) 5:0 hesabı ilə məğlubiyyətə uğradıb. Niderland Yuqoslaviyanı 2000-ci ildə 6:1 hesabı ilə üstələyib. Niderland həm də final mərhələsində bir matça ən çox qol vuran yeganə komandadır.

Ən məhsuldar matç 1960-cı ilə təsadüf edib. Yuqoslaviya Fransanı 5:4 hesabı ilə üstələyib.

Ən məhsuldar heç-heçə zamanı 6 qol vurulub. Çexiya – Rusiya (1996), Sloveniya – Yuqoslaviya (2000) və Macarıstan – Portuqaliya (2016) görüşləri 3:3 hesabı ilə bitib.