22:53 09-06-2021
news_image
252
AVRO-2020

Ən çox futbolçu göndərən 5 klub – AVRO-2020-yə

AVRO-2020-yə ən çox futbolçu göndərən klubların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ilk “beşlik”də sürpriz komanda da var.

Ukrayna yığmasının əsasını təşkil edən Kiyev “Dinamo”su qitə birinciliyinə 11 oyunçu yollayıb ki, bununla 5-ci pillədə qərarlaşıb. Çempionlar Liqasının qalibi “Çelsi” 17 oyunçu ilə siyahıya başçılıq edir. Londonluları finalda üstələdikləri İngiltərənin digər təmsilçisi “Mançester Siti” izləyir.

“Bavariya” 3-cü pillədədirsə, “Yuventus” 4-cü yerdə qərar tutub.

1. “Çelsi” - 17 futbolçu
İngiltərə: Meyson Mount, Ben Kiluell, Riis Ceyms
Almaniya: Kay Haverts, Timo Verner, Antonio Rüdiger
Fransa: Nqolo Kante, Kurt Zuma, Olivye Jiru
İtaliya: Jorjinyo, Emerson
Xorvatiya: Mateo Kovaçiç
Danimarka: Andreas Kristensen
Uels: Etan Ampadu
İspaniya: Sezar Azpilikueta
Şotlandiya: Billi Jilmur
Belçika: Mişi Batşuayi

2. “Mançester Siti” - 14 futbolçu
İngiltərə: Rahim Sterlinq, Fil Foden, Con Stonz, Kayl Uolker
Portuqaliya: Ruben Diaş, Bernardo Silva, Joao Kanselo
İspaniya: Rodri, Ferran Torres, Aymerik Laporte
Almaniya: İlkay Gündoğan
Niderland: Natan Ake
Ukrayna: Aleksandr Zinçenko
Belçika: Kevin De Bruyne

3. “Bavariya” - 13 futbolçu
Almaniya: Joşua Kimmix, Serj Qnabri, Leon Qoretska, Leroy Sane, Camal Musiala, Niklas Süle, Tomas Müller, Manuel Noyer
Fransa: Kinqsli Koman, Lukas Ernandes, Benjamin Pavar, Korentin Tolisso
Polşa: Robert Levandovski

4. “Yuventus” - 12 futbolçu
İtaliya: Federiko Kyeza, Federiko Bernardeski, Leonardo Bonuççi, Corcio Kyellini
Portuqaliya: Kriştiano Ronaldo
Türkiyə: Merih Dəmiral
Niderland: Mattiys de Liqt
İspaniya: Alvaro Morata
İsveç: Deyan Kuluşevski
Fransa: Adrien Rabyo
Polşa: Voyçex Şesnı
Uels: Aaron Remsi

5. “Dinamo”, Kiyev - 11 futbolçu
Ukrayna: Viktor Tsiqankov, Vitali Mikolenko, Mikola Şaparenko, İlya Zabarnyi, Aleksandr Karavayev, Georgi Buşan, Sergey Sidorçuk, Denis Popov, Artyom Besedin, Aleksandr Timçik
Polşa: Tomaş Kedziora