16:08 09-06-2021
news_image
252
FUTBOL

“Top-5” liqaların ən gəncləri – “Qəbələ”lilərin müqayisəsi...

Avropanın “Top-5” liqalarının 2020/21 mövsümündə ən çox şans qazanan gənc futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, araşdırma 20 yaşadək oyunçular arasında aparılıb.

8 futbolçunun yer aldığı siyahıya “Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka başçılıq edir. 20 yaşlı orta sahə oyunçusu mövsüm boyu Premyer Liqada 2561 dəqiqə meydanda olub. 8 futbolçudan 3-ü gənclərə böyük önəm verən “Renn”in formasını geyinir.

Müqayisə aparsaq, Azərbaycanda bu baxımdan “Qəbələ”lilərin üstünlük təşkil etdiyini görərik. Premyer Liqada 17 matçın ümumilikdə 1483 dəqiqəsində mübarizə aparan Rüfət Əhmədov 20 yaşadək oyunçular arasında zirvədə qərarlaşıb. 19 yaşı hələ tamam olmayan müdafiəçini dəqiqə baxımından komanda yoldaşı İdris İnqilablı izləyib. 20 yaşlı yarımmüdafiəçi 15 görüşdə 1213 şans qazanıb.

“Qarabağ”ın yarımmüdafiəçisi Toral Bayramov 1000 dəqiqə səddinə çata bilməyib (908 dəqiqə). Ancaq milli komandamızda da artıq debüt edən Bayramov çempionatın 17 görüşündə meydana çıxmaqla, oyun sayı baxımından hamıdan öndədir. Toral aktivinə hətta 2 qol da yazdırıb.

1. Bukayo Saka (“Arsenal”) - 2561 dəqiqə (32 oyun, 5 qol, 4 assist)
2. Pedri (“Barselona”) – 2425 dəqiqə (37 oyun, 3 qol, 3 assist)
3. Eduardo Kamavinqa (“Renn”) - 2413 dəqiqə (35 oyun, 1 qol, 2 assist)
4. Ceremi Doku (“Renn”) - 2317 dəqiqə (30 oyun, 2 qol, 3 assist)
5. Natanyel Mbuku (“Reyms”) - 2229 dəqiqə (32 oyun, 4 qol, 2 assist)
6. Florian Virts (“Bayer”) - 2228 dəqiqə (29 oyun, 5 qol, 6 assist)
7. Covanni Reyna (“Borussiya”, Dortmund) - 1981 dəqiqə (32 oyun, 4 qol, 6 assist)
8. Adrien Truffer (“Renn”) - 1958 dəqiqə (29 oyun, 1 qol, 4 assist)