14:51 13-06-2021
news_image
217
FUTBOL

Təklif gözləyən tanınmış məşqçilər - İŞSİZ

Güclü futbolçulardan qurulan heyəti idarə etməyin asan olduğunu düşünənlər yanılır.

Apasport.az saytının məlumatına görə, yalnız yaxşı baş məşqçilər ulduzlardan ibarət komandanı yüksək səviyyədə idarə edə bilər.

Ancaq tanınmış mütəxəssislərin heç də hamısı daim iş başında olmur. Başa çatan mövsümün ardından “İnter”, “Yuventus”, “Napoli”, “Real”, “Bavariya”, “Borussiya” (Dortmund), “Everton” kimi klublar baş məşqçilərini dəyişiblər. Buna rəğmən hələ də təklif gözləyənlər var. Onların əksəriyyəti isə məhz ötən ay çalışdığı klubdan ayrılanlardır.

Həmin işsiz mütəxəssislərdən ən tanınmışları aşağıdakılardır:
Antonio Konte
Çesare Prandelli
Andre Villaş-Boaş
Rudi Qarsiya
Lusyen Favre
Ernesto Valverde