17:11 09-06-2021
news_image
102
FUTBOL

2 milyard funt – Premyer Liqa klubuna

“Spotify” şirkətinin yaradıcısı və rəhbəri Daniel Ek İngiltərənin “Arsenal” klubunu almaq üçün növbəti təklif hazırlayıb.

Apasport.az saytının məlumatına görə, isveçli iş adamı Premyer Liqa təmsilçisi üçün 2 milyard funt sterlinq ödəməyə hazırdır.

Bunun üçün də Ek London klubunun hazırkı sahibi Sten Kronke ilə danışıqları davam etdirəcək. 1,8 milyardlıq təklifi qəbul olunmayan skandinaviyalı qiyməti 200 milyon artırmağı lazım bilib.

Qeyd edək ki, “Spotify” şirkəti 2006-cı ildə yaradılıb.