20:33 09-06-2021
news_image
369
FUTBOL

Daha 2 yeni müqavilə - "Sumqayıt"da

Baş məşqçi Ayxan Abbasovla yeni müqavilə imzalayan "Sumqayıt" futbolçularla danışıqlara başlayıb.

Apasport.az saytının əldə etdiyi məlumata görə, "gənclik şəhəri" təmsilçisində iki oyunçunun aqibəti artıq bəlli olub.

"Kimyaçılar" kapitan Vurğun Hüseynov və yarımmüdafiəçi Elvin Məmmədovla yeni saziş bağlayıb. Anlaşmaya əsasən, hər iki oyunçu gələn ilin yayına qədər müqavilə ilə "Sumqayıt"a məxsus olacaq.

Qeyd edək ki, "Sumqayıt" yeni yaradılan Konfrans Liqasında ölkəmizi təmsil edəcək.