10:10 10-06-2021
news_image
78
FUTBOL

Pivənin dadına baxacaq – çempion olsa

İngiltərə millisinin və “Vest Hem”in futbolçusu Deklan Rays qeyri-adi vədi ilə diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi AVRO-2020-nin çempionu olacağı halda həyatında bir ilkə imza atacağını vurğulayıb.

O, indiyədək içmədiyi pivənin dadına baxacağına söz verib: “Bilirsiniz, mənim 22 yaşım var. Amma hələ də həyatımda pivənin dadına baxmamışam. Heç vaxt dadmamışam, hətta bir pint də. Alkoqol həvəskarı deyiləm. Sadəcə iyindən xoşum gəlmir. Ona görə də yaxınlaşmaq belə istəmirəm. Amma AVRO-2020-nin qalibi olsaq, dadına baxacağam. Lakin dərhal da tüpürəcəyəm”.

Qeyd edək ki, AVRO-2020 iyunun 11-dən iyulun 11-dək keçiriləcək.