10:34 10-06-2021
news_image
65
AVRO-2020

Türkiyə Bakıdakı üstünlük sayəsində qrupdan çıxacaq - SORĞU

Türkiyədə maraqlı sorğu keçirilib.

Apasport.az saytının məlumatına görə, yerli insanlara AVRO-2020-nin qrup mərhələsinin iki matçının Bakıda keçirilməsinin Türkiyə yığmasına nə dərəcədə fayda verəcəyi ilə bağlı sual ünvanlanıb.

Sorğuda iştirak edənlərin 66 faizi iki ölkə arasındakı əlaqələri və qardaş münasibəti ön plana çəkərək bunun yığmalarına xeyir verəcəyini və Bakıdakı üstünlük sayəsində qrupdan çıxacaqlarını hesab edir. 30 faiz görüşlərin Bakıda olmasının qismən faydalı olacağını düşünür. Yalnız 4 faiz insan matçların paytaxtımıza salınmasının heç bir rol oynamadığını vurğulayıb.

Qeyd edək ki, AVRO-2020-nin açılış oyunu sabah Romada Türkiyə ilə İtaliya arasında keçiriləcək. “Ay-ulduzlular” iyunun 16-da Uels, 20-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.