11:52 10-06-2021
news_image
221
FUTBOL

Fransa klubu ilə anlaşdı - Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidanın yeni komandası bəlli olub.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi karyerasını vətəni Fransada davam etdirəcək.

Ötən ilin oktyabrında “Almeriya”dan ayrıldıqdan bəri klubsuz qalan orta sahə oyunçusu Fransanın II liqa təmsilçisi “Rodeze” ilə anlaşıb. O, yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Real” akademiyasının yetirməsi olan Enzo Zidan “kral klubu”nun C və B komandalarında çıxış edib.