00:00 11-06-2021
news_image
70
FUTBOL

Avropa çempionatının bütün mükafatçıları - 15 turnir, 10 qalib

Bu gün AVRO-2020 start götürəcək.

Apasport.az saytının məlumatına görə, Avropanın 11 şəhəri, o cümlədən Bakıda keçiriləcək yarış sayca 16-cı qitə çempionatıdır.

Əvvəlki 15 turnirdə 10 komanda qızıl medal qazanıb. İspaniya və Almaniya (əvvəl AFR) hərəyə 3, Fransa 2 dəfə qalib olub. Digər 7 yığmanın, o cümlədən son çempion Portuqaliyanın bir zəfəri var.

Almaniya və keçmiş SSRİ yığmaları finalda ən çox uduzan yığmalardır. Onlar hərəyə üç dəfə gümüşlə kifayətlənib. İtaliya və Yuqoslaviyanın finalda 2 belə məğlubiyyəti var. Ümumilikdə, Almaniya 6, SSRİ 4 final oynamaqla hamıdan öndədir. Yalnız 12 milli finalda oynamağa nail olub.

İlk 6 turnirdə 3-cü yer uğrunda matç təşkil olunub. 1984-cü ildən başlayaraq yarımfinalda uduzanlar mübarizəni dayandıraraq öz aralarında görüşməyib. Hər iki komanda bürünc mükafatçı hesab olunur.

Niderland daha çox – 4 bürünc qazanıb. Almaniya ilə Portuqaliya hərəyə üç belə üçüncülüyü var. İngiltərə və Çexoslovakiyanın iki belə uğuru var.

Ümumi mükafat sayında da Almaniya öndədir. Bundestim üç əyarın hərəsindən 3 dəfə qazanıb. 

il

yer

I yer

II yer

III yer

1960

Fransa

SSRİ

Yuqoslaviya

Çexoslovakiya

1964

İspaniya

İspaniya

SSRİ

Macarıstan

1968

İtaliya

İtaliya

Yuqoslaviya

İngiltərə

1972

Belçika

AFR

SSRİ

Belçika

1976

Yuqoslaviya

Çexoslovakiya

AFR

Niderland

1980

İtaliya

AFR

Belçika

Çexoslovakiya

1984

Fransa

Fransa

İspaniya

Danimarka və Portuqaliya

1988

AFR

Niderland

SSRİ

İtaliya və AFR

1992

İsveç

Danimarka

Almaniya

Niderland və İsveç

1996

İngiltərə

Almaniya

Çexiya

İngiltərə və Fransa

2000

Niderland/Belçika

Fransa

İtaliya

Niderland və Portuqaliya

2004

Portuqaliya

Yunanıstan

Portuqaliya

Çexiya və Niderland

2008

Avstriya/İsveçrə

İspaniya

Almaniya

Rusiya və Türkiyə

2012

Polşa/Ukrayna

İspaniya

İtaliya

Almaniya və Portuqaliya

2016

Fransa

Portuqaliya

Fransa

Almaniya və Uels

Qeyd: SSRİ, Yuqoslaviya və Çexoslovakiya artıq mövcudluğunu itirib, AFR sonradan Almaniya olub.