12:19 10-06-2021
news_image
123
AVRO-2020

Bakıdakı ilk oyunun hakimləri açıqlandı – AVRO-2020

AVRO-2020-nin qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək ilk oyununun təyinatları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA iyunun 12-də İsveçrə ilə Uels arasında baş tutacaq A qrupu görüşünə Fransa və Serbiyadan olan hakimlər briqadasını göndərmək qərarına gəlib.

Qarşılaşmanı fransalı Klemen Turpin idarə edəcək. Ona həmyerliləri Nikolas Danos və Kiril Qrinqor kömək edəcək. 4-cü və 5-ci hakimlər isə serbiyalılar olacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Uels – İsveçrə görüşü saat 17:00-da başlayacaq.

12 iyun
17:00. Uels - İsveçrə
Baş hakim:
Klemen Turpin (Fransa)
Baş hakimin köməkçiləri: Nikolas Danos, Kiril Qrinqor (hər ikisi Fransa)
4-cü hakim: Srdan Yovanoviç (Serbiya)
5-ci hakim: Uroş Stoykoviç (Serbiya)
VAR hakimi: Fransois Leteşyer (Fransa)
VAR hakim köməkçiləri: Jerom Brisar, Benjamin Peycs (hər ikisi Fransa), Pavel Gil (Polşa)
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
UEFA nümayəndəsi: İrakli Nakaidze (Gürcüstan)