22:02 10-06-2021
news_image
230
FUTBOL

Kimin çempionluq şansı nə qədərdir? - AVRO-2020-nin favoritləri

Sabah start götürəcək AVRO-2020-nin favoritləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmekerlər 24 iştirakçı komandanın çempionluq şansını müəyyənləşdirib.

Ən şanslı yığma kimi İngiltərə millisi hesab olunub. Futbolun yaradıcılarının çempionluq əmsalı 5,75-dir.

Fransa 2-ci, Belçika 3-cü sırada yer alıb. Almaniya və İspaniya 4-cü sıranı bölüşür. Son çempion Portuqaliya “altılığ”ı qapayır.

Qardaş Türkiyə yığmasının əmsalı 54-ə bərabərdir. “Ay-ulduzlular” 11-ci sıradadır.

Cədvəldə sonuncu yerdə Şimali Makedoniyadır. Macarıstan və Finlandiya da ən şanssızlar sırasındadır.

 

Komanda

əmsal

1

İngiltərə

5,75

2

Fransa

6,00

3

Belçika

6,75

4-5

Almaniya

8,25

 

İspaniya

8,25

6

Portuqaliya

9,00

7

İtaliya

11,0

8

Niderland

12,0

9

Danimarka

29,0

10

Xorvatiya

32,0

11

Türkiyə

54,0

12

İsveçrə

70,0

13

Ukrayna

74,0

14

Rusiya

76,0

15-16

Polşa

78,0

 

İsveç

78,0

17

Avstriya

92,0

18

Çexiya

125,0

19

Uels

140,0

20

Şotlandiya

220,0

21

Slovakiya

230,0

22

Finlandiya

370,0

23

Macarıstan

380,0

24

Şimali Makedoniya

480,0