13:41 10-06-2021
news_image
135
AVRO-2020

İtaliya millisinə çağırılmayan simvolik “11-lik” – AVRO-2020

AVRO-2020-nin ilk oyunu sabah Romada İtaliya ilə Türkiyə arasında keçiriləcək.

Apasport.az saytının məlumatına görə, A qrupunda yer alan “Skuadra Adzurra” turnirin əsas favoriti hesab edilməsə də, hər zaman böyük turnirlərin komandası sayılıb.

Baş məşqçi Roberto Mançini heyət seçimi zamanı kifayət qədər çətinliklə üzləşib. Nəticədə təcrübəli mütəxəssis bir neçə tanınmış futbolçunu qitə birinciliyinin 26 nəfərlik heyətinə salmayıb.

İtaliya millisinin kənarda qalanlardan ibarət simvolik “11-liy”ini təqdim edirik.

Qapıçı: Alessio Kranyo
Klubu: “Kalyari”
Yaşı: 26
Dəyəri: 20 milyon avro

Mərkəz müdafiəçisi: Alessio Romanyoli
Klubu: “Milan”
Yaşı: 26
Dəyəri: 30 milyon

Mərkəz müdafiəçisi: Daniele Ruqani
Klubu: “Kalyari” (“Yuventus”dan icarədə)
Yaşı: 26
Dəyəri: 10 milyon

Sol cinah müdafiəçisi: Federiko Dimarko
Klubu: “Verona” (“İnter”dən icarədə)
Yaşı: 23
Dəyəri: 10 milyon

Sağ cinah müdafiəçisi: Davide Kalabria
Klubu: “Milan”
Yaşı: 24
Dəyəri: 25 milyon

Yarımmüdafiəçi: Sandro Tonali
Klubu: “Milan”
Yaşı: 21
Dəyəri: 32 milyon

Yarımmüdafiəçi: Qaetano Kastrovilli
Klubu: “Fiorentina”
Yaşı: 24
Dəyəri: 20 milyon

Yarımmüdafiəçi: Nikolo Zaniolo
Klubu: “Roma”
Yaşı: 21
Dəyəri: 45 milyon

Sol vinger: Rikkardo Orsolini
Klubu: “Bolonya”
Yaşı: 24
Dəyəri: 18 milyon

Sağ vinger: Manuel Latsari
Klubu: “Latsio”
Yaşı: 27
Dəyəri: 21 milyon

Hücumçu: Moyze Kin
Klubu: PSJ (“Everton”dan icarədə)
Yaşı: 21
Dəyəri: 35 milyon