14:17 10-06-2021
news_image
785
AVRO-2020

Avropa çempionatları tarixinin “ƏN”ləri

1960-cı ildən keçirilən Avropa çempionatı bu il 11 fərqli şəhərdə təşkil olunacaq.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən bu ilə təxirə salınan AVRO-2020-də bir neçə rekordun qırılması qaçılmazdır.

Bəs indiyə qədərki Avropa çempionatlarında müxtəlif kateqoriyalar üzrə rekordlar “ən”lər kimlərə məxsusdur? Bu yazıda həmin göstəricilərlə sizi tanış edirik.

FUTBOLÇULAR

Ən çox oyun:
21 - Kriştiano Ronaldo (Portuqaliya)
18 – Bastian Şvaynştayger (Almaniya)
17 – Canluici Buffon (İtaliya)

Ən çox qol
9 – Mişel Platini (Fransa)
9 – Kriştiano Ronaldo (Portuqaliya)
7 – Alan Şirer (İngiltərə)

Bir oyunda ən çox qol:
3 - Diter Müller (1976. Qərbi Almaniya – Yuqoslaviya - 4:2)
3 - Klaus Allofs (1980. Qərbi Almaniya – Niderland - 3:2)
3 - Mişel Platini (1984. Fransa – Belçika - 5:0)
3 - Mişel Platini (1984. Fransa – Yuqoslaviya - 3:2)
3 - Marko van Basten (1988. Niderland – İngiltərə - 3:1)
3 - Serxio Konseysao (2000. Portuqaliya – Almaniya - 3:0)
3 - Patrik Klyuvert (2000. Niderland – Yuqoslaviya - 6:1)
3 - David Vilya (2008. İspaniya – Rusiya - 4:1)

Bir turnirdə ən çox qol:
9 - Mişel Platini (Fransa, 1984)

Ən erkən qol:
1 dəqiqə 7 saniyə: Dmitri Kiriçenko (Rusiya – Yunanıstan - 2:1. 2004)

Ən sürətli het-trik:
18 dəqiqə: Mişel Platini (Fransa – Yuqoslaviya - 3:2. 1984)

Ən gənc futbolçu: 
18 yaş 71 gün: Jetro Villems (Niderland – Danimarka - 0:1. 2012)

Ən gənc qolçu:
18 yaş 141 gün: Yohan Vonlanten (İsveçrə - Fransa - 1:3. 2004)

Ən yaşlı futbolçu:
40 yaş 86 gün: Qabor Kirali (Macarıstan – Belçika - 0:4. 2016)

Ən yaşlı qolçu:
38 yaş 257 gün: İvitsa Vastiç (Avstriya – Polşa - 1:1. 2008)

Turnirə ən çox qatılanlar:
4 - Lotar Matteus (ADR/Almanya - 1980, 1984, 1988, 2000)
4 - Peter Şmeyxel (Danimarka - 1988, 1992, 1996, 2000)
4 - Alessandro Del Pyero (İtaliya - 1996, 2000, 2004, 2008)
4 - Edvin van der Sar (Niderland - 1996, 2000, 2004, 2008)
4 - Lilian Türam (Fransa - 1996, 2000, 2004, 2008)
4 - Olof Mellberq (İsveç - 2000, 2004, 2008, 2012)
4 - Canluici Buffon (İtaliya - 2004, 2008, 2012, 2016)
4 - Petr Çex (Çexiya - 2004, 2008, 2012, 2016)
4 - Kriştiano Ronaldo (Portuqaliya - 2004, 2008, 2012, 2016)
4 - Zlatan İbrahimoviç (İsveç - 2004, 2008, 2012, 2016)
4 - Andreas İsaksson (İsveç - 2004, 2008, 2012, 2016)
4 - Kim Çöllstrem (İsveç - 2004, 2008, 2012, 2016)
4 - Yaroslav Plaşil (Çexiya - 2004, 2008, 2012, 2016)
4 - Lukas Podolski (Almaniya - 2004, 2008, 2012, 2016)
4 - Tomaş Rositski (Çexiya - 2000, 2004, 2012, 2016)
4 - Bastian Şvaynştayger (Almaniya - 2004, 2008, 2012, 2016)
4 - Dario Srna (Xorvatiya - 2004, 2008, 2012, 2016)

Turnirlərin bombardirləri:
1960 - Fransois Hutte (Fransa), Viktor Ponedelnik, Valentin İvanov (hər ikisi SSRİ), Drajan Jerkoviç, Milan Qaliç (hər ikisi Yuqoslaviya) – 2 qol
1964 - Jezuş Mariya Pereda (İspaniya), Ferens Bene, Deşö Novak (hər ikisi Macarıstan) - 2
1968 - Draqan Djayiç (Yuqoslaviya) - 2
1972 - Herd Müller (Qərbi Almaniya) - 4
1976 - Diter Müller (Qərbi Almaniya) - 4
1980 - Klaus Allofs (Qərbi Almaniya) - 3
1984 - Mişel Platini (Fransa) - 9
1988 - Marko van Basten (Niderland) - 5
1992 - Henrik Larsen (Danimarka), Karl-Haynz Ridl (Almaniya), Dennis Berqkamp (Niderland), Tomas Brolin (İsveç) - 3
1996 - Alan Şirer (İngiltərə) - 5
2000 - Patrik Klyuvert (Niderland), Savo Miloşeviç (Yuqoslaviya) - 5
2004 - Milan Baroş (Çexiya) - 5
2008 - David Vilya (İspaniya) - 4
2012 - Fernando Torres (İspaniya), Alan Dzaqoyev (Rusiya), Mario Qomes (Almaniya), Mario Mandzukiç (Xorvatiya), Mario Balotelli (İtaliya), Kriştiano Ronaldo (Portuqaliya) - 3
2016 – Antuan Qrizmann (Fransa) - 6

KOMANDALAR

Kuboku ən çox qazananlar:
3 - İspaniya (1964, 2008, 2012)
3 - Almaniya/Qərbi Almaniya (1972, 1980, 1996)

Ən çox qatılan: (AVRO-2020 daxil deyil)
12 - Almaniya/Qərbi Almaniya

Bir turnirdə ən çox qol vuran:
14 - Fransa (1984)

Qruplarda ən çox qol vuran:
9 - Fransa (1984), Niderland (2008)

Qrupda ən çox qol buraxan:
10 - Yuqoslaviya (1984)

Ən uzunmüddətli qələbə seriyaları (seçmə mərhələ daxil)
14 - Almaniya (3 sentyabr 2010 – 22 iyun 2012)
12 - Fransa (25 iyun 2000 – 13 iyun 2004)

OYUNLAR

Ən məhsuldar:
Fransa – Yuqoslaviya - 4:5 (1960)

Ən böyük hesab:
Niderland – Yuqoslaviya - 6:1 (2000)
Fransa - Belçika - 5:0 (1984)
Danimarka - Yuqoslaviya - 5:0 (1984)
İsveç - Bulqarıstan - 5:0 (2004)

Ən məhsuldar bərabərlik:
Rusiya – Çexiya - 3:3 (1996)
Yuqoslaviya - Sloveniya - 3:3 (2000)
Macarıstan – Portuqaliya - 3:3 (2016)

Avropa çempionatına hələ də qatılmayan ölkələr: Finlandiya, Şimali Makedoniya (hər ikisi AVRO-2020-yə qatılacaq), Azərbaycan, Andorra, Ermənistan, Belarus, Bosniya və Herseqovina, Kipr, Estoniya, Farer adaları, Gürcüstan, Cəbəllütariq, İsrail, Qazaxıstan, Kosovo, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monteneqro, San Marino.