14:47 10-06-2021
news_image
389
FUTBOL

İkinci yerli futbolçu ayrılığı – “Qəbələ”də

“Qəbələ”dən ayrılan daha bir futbolçunun adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Cavid Hüseynovdan sonra ikinci yerli futbolçu ilə yollar ayrılıb.

Bu, müdafiəçi Sadiq Quliyevdir. Müqavilə müddəti başa çatan 26 yaşlı müdafiəçi ilə yeni saziş imzalanmaması qərara alınıb. Demək olar ki, aşağı yaş qrupu üzrə bütün yığmalarda çıxış etmiş Quliyev bununla növbəti dəfə “Qəbələ”ni tərk edib. “Qəbələ” akademiyasının yetirməsi olan Sadiq ötən mövsüm Premyer Liqada cəmi 1 matçda forma geyinib.

Qeyd edək ki, “Qəbələ” buna qədər Merab Qiqauri, Nikolas Raysel, Ceyms Adeniyi və Cavid Hüseynovla vidalaşıb.