22:51 10-06-2021
news_image
232
FUTBOL

11 şəhər, 11 stadion – AVRO-2020

Bütün futbol dünyasının diqqəti artıq AVRO-2020-yə yönəlib.

Apasport.az saytının məlumatına görə, “Köhnə qitə”nin ən güclü 24 milli komandasının sabah start götürəcək mübarizəsi təkcə Avropa deyil, digər qitələrdə də maraqla gözlənilir.

Koronavirus pandemiyası səbəbindən bir il təxirə salınan yarış 11 ölkənin 11 şəhərində, yəni 11 stadionda keçiriləcək. Həmin arenaları təqdim edirik.

1. “Uembli” (London, İngiltərə)
Tamaşaçı tutumu (icazə verilən): 87,000 (22,500)
Qəbul edəcəyi oyunlar: D qrupunda - 13, 18, 22, 1/8 final - 26 iyun, 29 iyun, yarımfinal - 6, 7, final - 11 iyul

2. “Olimpiko” (Roma, İtaliya)
Tamaşaçı tutumu (icazə verilən): 68,000 (16,000)
Qəbul edəcəyi oyunlar: A qrupunda - 11, 16, 20 iyun, 1/4 final - 3 iyul

3. Bakı Olimpiya Stadionu (Bakı, Azərbaycan)
Tamaşaçı tutumu (icazə verilən): 69,700 (31,000)
Qəbul edəcəyi oyunlar: A qrupunda - 12, 16, 20 iyun, 1/4 final - 3 iyul

4. “Alyans Arena” (Münhen, Almaniya)
Tamaşaçı tutumu (icazə verilən): 70,000 (14,500)
Qəbul edəcəyi oyunlar: F qrupunda - 15, 19, 23 iyun, 1/4 final - 2 iyul

5. “Sankt-Peterburq” (Sankt-Peterburq, Rusiya)
Tamaşaçı tutumu (icazə verilən): 61,000 (30,500)
Qəbul edəcəyi oyunlar: B və E qruplarında - 12, 14, 16, 18, 21, 23 iyun, 1/4 final - 2 iyul

6. “Yohan Kroyff Arena” (Amsterdam, Niderland)
Tamaşaçı tutumu (icazə verilən): 54,000 (12,000)
Qəbul edəcəyi oyunlar: C qrupunda - 13, 17, 21, 1/8 final – 26 iyun

7. “Parken” (Kopenhagen, Danimarka)
Tamaşaçı tutumu (icazə verilən): 38,000 (11,250)
Qəbul edəcəyi oyunlar: B qrupunda - 12, 17, 21, 1/8 final – 28 iyun

8. “Hempden Park” (Qlazqo, Şotlandiya)
Tamaşaçı tutumu (icazə verilən): 51,000 (12,000)
Qəbul edəcəyi oyunlar: D qrupunda - 14, 18, 22, 1/8 final - 29 iyun

9. Sevilya Olimpiya Stadionu (Sevilya, İspaniya)
Tamaşaçı tutumu (icazə verilən): 60,000 (20,000)
Qəbul edəcəyi oyunlar: E qrupunda - 14, 19, 23, 1/8 final - 27 iyun

10. “Nasional” (Buxarest, Rumıniya)
Tamaşaçı tutumu (icazə verilən): 54,000 (13,000)
Qəbul edəcəyi oyunlar: C qrupunda - 13, 17, 21, 1/8 final - 28 iyun

11. “Ferens Puşkaş” (Budapeşt, Macarıstan)
Tamaşaçı tutumu (icazə verilən): 68,000 (61,000)
Qəbul edəcəyi oyunlar: F qrupunda - 15, 19, 23, 1/8 final - 27 iyun