15:23 10-06-2021
news_image
56
AVRO-2020

AFFA uşaqlara AVRO-2020-nin oyunlarına bilet hədiyyə edib - FOTOSESSİYA

AFFA korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində növbəti addım atıb.

Apasport.az assosiasiyanın saytına istinadən xəbər verir ki, qurum AVRO-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı qərar qəbul edib.

Qərara əsasən, "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun sindromlu uşaqların reabilitasiya mərkəzi, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İctimai Birliyi, YAŞAT fondu, LU-MUN, Qadın və Uşaq Sığınacağı, COVİD-19 pandemiyası dövründə fəaliyyət göstərən tibb işçiləri (onların övladları) üçün biletlərin ayrılıb. 

İyunun 12-də keçiriləcək Uels – İsveçrə oyunu üçün ayrılmış biletlər iyunun 10-da Bakı Olimpiya Stadionunda təqdim edilib. Biletlər AFFA-nın nümayəndəsi tərəfindən adı qeyd olunmuş qurumlara bu və ya digər şəkildə aidiyyəti olan uşaqlara, eləcə də onları müşayiət edən şəxslərə verilib.

Qeyd edək ki, təşəbbüsün hədəf kütləsi uşaqlardır.