16:43 10-06-2021
news_image
127
AVRO-2020

AVRO-2020: Komandaların dəyərləri - SİYAHI

AVRO-2020 öncəsi turnirə qatılan 24 milli komandanın dəyəri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, araşdırma hər yığmanın qitə birinciliyinə apardığı 26 futbolçusunun ümumi transfer qiymətinə əsasən aparılıb.

Yalnız iki komandanın ümumi dəyəri bir milyard avrodan çoxdur ki, bunlar çempionluğa əsas namizədlər İngiltərə və Fransadır. İngilislərin oyunçuları fransızlardan daha yüksək qiymətə malikdir.

Üç komandanın qiyməti isə 100 milyon avro həddinə çatmayıb. Bunlar Macarıstan, Şimali Makedoniya və Finlandiyadır. Sonuncular 44,6 milyon avro ilə ən aşağı göstəriciyə malik iştirakçıdır.

1. İngiltərə - 1 milyard 270 milyon avro
2. Fransa – 1 milyard 3 milyon
3. Almaniya – 936,5 milyon
4. İspaniya – 915 milyon
5. Portuqaliya – 872,5 milyon
6. İtaliya – 771 milyon
7. Belçika – 669,4 milyon
8. Niderland – 607 milyon
9. Xorvatiya – 375,8 milyon
10. Türkiyə - 325 milyon
11. Avstriya – 320,1 milyon
12. Danimarka – 310,7 milyon
13. İsveçrə - 283,5 milyon
14. Şotlandiya – 269,5 milyon
15. Polşa – 254,8 milyon
16. İsveç – 215 milyon
17. Ukrayna – 197,2 milyon
18. Rusiya – 190,8 milyon
19. Çexiya – 190 milyon
20. Uels – 176,7 milyon
21. Slovakiya – 131,1 milyon
22. Macarıstan – 74,5 milyon
23. Şimali Makedoniya – 61,8 milyon
24. Finlandiya – 44,6 milyon