17:52 10-06-2021
news_image
215
FUTBOL

Ən dəyərli qapıçılar – “10-luq”

Ən yüksək transfer qiymətinə malik qapıçıların siyahısı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, CİES futbol observatoriyasının araşdırmasına əsasən braziliyalı qolkiperlər cədvələ başçılıq edir.

“Mançester Siti” ilə Premyer Liqa çempionu olan Ederson Moraeş 61,9 milyon avro ilə ən dəyərli qapıçı hesab olunub. Onu “Liverpul”dakı həmkarı Alisson Bekker kiçik fərqlə izləyib.

Ən dəyərli 10 qapıçıdan 6-sı İngiltərə Premyer Liqasında çıxış edir. Hətta “Çelsi”nin 2 qolkiperi siyahıya düşməyi bacarıb. Digər 4 nəfər isə İspaniya La Liqasında mübarizə aparır.

1. Ederson Moraeş (Braziliya / “Mançester Siti”): 61,9 milyon avro
2. Alisson Bekker (Braziliya / “Liverpul”: 59,6 milyon
3. Mark-Andre ter Ştegen (Almaniya / “Barselona”): 49,5 milyon
4. Din Henderson (İngiltərə / “Mançester Yunayted”): 45,1 milyon
5. Tibo Kurtua (Belçika / “Real”): 38,8 milyon
6. Kepa Arrizabalaqa (İspaniya / “Çelsi”): 34,5 milyon
7. Eduard Mendi (Seneqal / “Çelsi”): 32,4 milyon
8. Yan Oblak (Sloveniya / “Atletiko”): 31,1 milyon
9. Unay Simon (İspaniya / “Atletik”): 31,1 milyon
10. İllan Meslyer (Fransa / “Lids”): 28,7 milyon