17:25 10-06-2021
news_image
44
FUTBOL

“Yuventus”da qaldı - Morata

İspaniya millisinin futbolçusu Alvaro Moratanın gələcək taleyinə aydınlıq gəlib.

Apaasport.az saytının məlumatına görə, “Atletiko”nun hücumçusu icarədə olduğu “Yuventus”da çıxışını davam etdirəcək.

İtaliya klubu 28 yaşlı forvardın icarə müddətini daha bir il müddətinə uzadıb. Morata 2022-ci ilin yayına qədər Turin təmsilçisində oynayacaq.

Qeyd edək ki, Alvaro A seriyasının ötən mövsümündə 32 oyunda 11 qol vurub.