10:02 11-06-2021
news_image
155
FUTBOL

Toplanışa başladığı tarixi açıqladı - "Keşlə"

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Keşlə”nin yay təlim-məşq toplanışının proqramı bəlli olub.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi iyunun 15-dən bir araya gələcək.

Bakılıların hazırlıq planı iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə paytaxtda məşqlərə başlayacaq komanda iyulun 1-də Qəbələyə yollanacaq. Bakı toplanışından öncə futbolçular tibbi-müayinədən keçəcəklər. İyunun 27-də yoxlama matçı keçirilməsi də planlaşdırılır. 

İyulun 14-dək Qəbələdə qalacaq “Keşlə” ayın 5-də, 10-da və 14-də üç yoxlama görüşü keçirməyi nəzərdə tutub. Ancaq rəqiblərin kimliyi hələlik dəqiqləşməyib.