11:23 11-06-2021
news_image
115
FUTBOL

60 milyona satılır – Varan

İspaniyanın “Real” klubunun futbolçusu Rafael Varanın transfer qiyməti bəlli olub.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi müdafiəçisini yay transfer pəncərəsində satmağa hazırlaşır.

Fransa millisinin futbolçusu Madrid klubu ilə müqaviləni uzatmaq istəmir. Belə vəziyyətdə “Real” oyunçusunu satmağa məcburdur. Çünki müqaviləsi gələn il başa çatacaq Rafael həmin vaxt klubu azad agent kimi tərk edə bilər. Bu üzdən də madridlilər futbolçusuna 60 milyon avro qiymət qoyub. Onun “Mançester Yunayted”ə keçmək variantı müzakirə olunur.

Qeyd edək ki, Varan La Liqanın ötən mövsümündə 31 oyuna 2 qol vurub.