14:37 11-06-2021
news_image

Erkən vida – Elmar Qasımovdan

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, yarışın 6-cı günündə daha iki çəki dərəcəsində mükafatçılar müəyyənləşəcək.

Azərbaycan yığmasının mundialdakı son iştirakçısı da tatami üzərinə çıxıb. 100 kq çəki dərəcəsində qüvvəsini sınayan Elmar Qasımov yarışı erkən başa vurub. 

Kişilər
100 kq

İlk mərhələdən azad olan Elmar Qasımov ikinci raundda İlya Sulamanidze (Gürcüstan) ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından Olmipiya mükafatçımız mundialla vidalaşıb. 

Beləliklə, millimiz mundialı bir medalla bitirib. Kəramət Hüseynov 60 kq çəki dərəcəsində bürünc mükafat əldə edib. Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) isə 5-ci yeri tutub.