10:49 11-06-2021
news_image
115
AVRO-2020

Favorit bəlli oldu - Türkiyə - İtaliya oyununun

AVRO-2020-nin açılış matçının əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları bu gün keçiriləcək Türkiyə - İtaliya oyununun favoritini müəyyənləşdirib.

İtaliyanın paytaxtı Romadakı Olimpiya stadionunda təşkil olunacaq görüşdə “Skuadra adzurra” daha şanslıdır. A qrupun I turunun matçında “ay-ulduzlular”ın qələbəsi 7,90, evində nominal qonaq olan İtaliyanın qalib gəlməsi 1,57 əmsaldır. Matçda heç-heçəyə 3,94 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.