11:26 11-06-2021
news_image
123
FUTBOL

5 illik müqavilə təklifi – Keynə

“Tottenhem”in hücumçusu Harri Keyn komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, “Mançester Siti” ulduz futbolçunun transferində israrlıdır.

“Şəhərlilər” 27 yaşlı forvardla 5 illik müqavilə imzalamaq niyyətindədir. Keçid baş tutarsa, İngiltərə millisinin üzvünün illik maaşı 16 milyon avro təşkil edəcək. Klublar arasında danışıqlar da davam edir. “Tottenhem” hücumçusunun transfer qiymətinin 160 milyon avro olduğunu bəyan edib.

Qeyd edək ki, Harri Keynin “Tottenhem”lə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.