11:54 11-06-2021
news_image
46
AVRO-2020

AVRO-2020: “Balacalar”ın ilk “üçlüy”ü - İtaliya

AVRO-2020-nin ən bəstəboy futbolçuları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, çempionatın ən “balacalar”ı İtaliya yığmasında yer alıb.

İlk üç sırada “Skuadra Adzurra”nın üzvləridir. Lorenso İnsinye ardıcıl ikinci Avropa çempionatının ən qısa və ən yüngülçəkili iştirakçısıdır. 163 sm boya və 58 kq çəkiyə malik futbolçu hələ AVRO-2016-da da hamıdan fərqlənirdi.

O, ən yaxın izləyicisi Marko Verattiyə 2 sm aşağıdan baxır. Onların komanda yoldaşı Stefano Sensi 3-cü yerin şərikləri sırasındadır.

Ümumilikdə, yalnız 10 futbolçunun boyu 170 sm-ya da çatmır.

Qeyd edək ki, bu gün start götürəcək AVRO-2020-nin oyunları qitənin 11 şəhərində, o cümlədən Bakıda keçiriləcək.

1. Lorenso İnsinye (İtaliya) - 163 sm
2. Marko Veratti (İtaliya) - 165 sm
3-6. Stefano Sensi (İtaliya) - 168 sm
3-6. Nqolo Kante (Fransa) - 168 sm
3-6. Abdulkadir Amir (Türkiyə) - 168 sm
3-6. Co Allan (Uels) - 168 sm
7-10. Rahim Sterlinq (İngiltərə) - 169 sm
7-10. Jordi Alba (İspaniya) - 169 sm
7-10. İdrissa Mertens (Belçika) - 169 sm
7-10. Cerdan Şakiri (İsveçrə) - 169 sm