23:01 11-06-2021
news_image
180
FUTBOL

Yeni baş məşqçisini seçir – “Barselona”

“Barselona” Almaniya millisinin baş məşqçisi Yoahim Lövün xidmətində maraqlıdır.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu təcrübəli mütəxəssisi gələn yay baş məşqçi postuna dəvət etməyi planlaşdırır.

AVRO-2020-dən sonra yığmadan ayrılacaq Löv bir il istirahət edəcəyini açıqlayıb. “Barsa” rəhbərliyi hələ martda onunla əlaqə saxlayıb, lakin çalışdırıcı yalnız bir illik istirahətdən sonra karyerasını bərpa edəcəyini söyləyib. Ronald Kumanı daha bir il vəzifəsində saxlayan La Liqa təmsilçisi növbəti mövsümün sonuna yaxın Lövlə yenidən təmasa keçəcək.

Qeyd edək ki, “Barselona”nın maraq dairəsində olan digər məşqçi komandanın əfsanəvi futbolçusu Xavi Ernandesdir.