13:30 11-06-2021
news_image
142
AVRO-2020

Heyətdən çıxarıldı – koronavirus səbəbindən

AVRO-2020-nin daha bir iştirakçısının sifariş vərəqində dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, bunu Rusiya yığmasının mətbuat xidməti açıqlayıb.

“Zenit”in futbolçusu Andrey Mostovoy millinin heyətindən çıxarılıb. Buna səbəb yarımmüdafiəçinin koronavirusa yoluxmasıdır. Onun təkrar testi də müsbət nəticə verdiyindən adı iştirak ərizəsindən çıxarılıb. Heyətə müdafiəçi Roman Yevgenyev daxil edilib.