14:05 11-06-2021
news_image
139
AVRO-2020

Şotlandiyadan fərqli qərar - AVRO-2020

Şotlandiya millisinin futbolçuları AVRO-2020 oyunlarından əvvəl diz üstə çökməyəcəklər.

Apasport.az saytının “Guardian” nəşrinə istinadən məlumatına görə, bu qərar yığmanın iclasında verilib.

UEFA-nın tövsiyəsinə uyğun olaraq turnir zamanı matçlardan əvvəl oyunçular diz üstə çökərək irqçiliyə etiraz edəcəklər. Şotlandiya millisinin kapitanı Endi Robertson isə buna ehtiyac duymadıqlarını açıqlayıb: “İrqçilik məsələsini həll etməyin, insanların düşüncə tərzini və davranışını dəyişdirməyin zəruriliyi barədə danışmağa davam etməyimiz daha vacibdir”.

Qeyd edək ki, Şotlandiya yığması AVRO-2020-nin C qrupunda Çexiya, İngiltərə və Xorvatiya ilə qarşılaşacaq. Britaniya təmsilçisi ilk matçını iyunun 14-də Çexiyaya qarşı keçirəcək.